WhatsApp-da mesajların silinməməsi üçün ən asan yollar (FOTO)
Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp-da yazışmalarınız telefonunuzda saxlanır. Ancaq mesajlarınızın itməməsi üçün "backup" funksiyasından istifadə etməyinizdə fayda var. "Android" və "iPhone"da WhatsApp mesajlarını necə arxivləşdirməyin yollarını sizə göstəririk:
WhatsApp hər gün saat 04:00-da bütün mesajlarınızı avtomatik olaraq arxivləşdirir. Buna alternativ olaraq proqramın parametrlər menyusu altındakı Söhbət Tənzimləməsi bölməsinə toxunub "Söhbət keçmişinin arxivini yarat" düyməsinə basaraq özünüz də arxiv yarada bilərsiniz. Bununla da mesajlar SD kartda WhatsApp / Databases qovluğunda "msgstore.db.crypt8" adlı şifrəli bir faylda saxlanır. Yeni bir telefona keçdiyiniz zamanı eyni SD kartı telefona yerləşdirin, WhatsApp-ı yüklədikdən sonra "Geri Yüklə" düyməsinə basmaqla mesajlarınızı geri gətirə bilərsiniz.
"iPhone"da bir neçə addımda arxiv yaratmaq mümkündür. Parametrlər menyusunu açın və "Söhbət Tənzimləmələri"ndə "Backup"ı seçin. Bu variantla arxiv yarada bilərsiniz. Arxivə videodan başqa digər faylları da əlavə etmək isə sizə qalır. Söhbət keçmişi "iCloud"da saxlanılır. WhatsApp-ı yeni bir telefona yüklədiyiniz zaman asanlıqla mesajları geri gətirə bilərsiniz. Alternativ olaraq mesajları "e-mail" yolu ilə də özünüzə göndərə bilərsiniz.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Whatsapp-dan daha bir yenilik
Dünyanın ən məşhur mesajlaşma proqramı Whatsapp daha bir yenilik edib. BAKU.WS-in məlumatına görə, mesajları ulduzlayaraq ayrı-ayrılıqda istifadə etmək imkan...