Vüsalə Əlizadə: "Daşım düşdü başınıza? " (FOTO)

Vüsalə Əlizadə: Daşım düşdü başınıza?  (FOTO)
Şou-biznes 3422

 

Taınmış aparıcı Vüsalə Əlizadənin Atv-də yayımlanan "Qadına görə" verlişində geyindiyi hind geyimi söz-söhbətlərə səbəb olub.

BAKU.WS məlumat verir ki, aparıcının şəxsi İnstaqram hesabında verlişdən paylaşdığı şəkillər birmənalı qarşılanmayıb. İnstaqram izləyiciləri Əlizadəni geyiminə görə tənqid ediblər. İzləyicilərin yazdığı şərhlərdən əsəbləşən xanım aparıcı bunları yazıb:

"Bu günkü hind geyimim bəzi səviyyəsiz cahilləri narahat edib deyəsən. Hər savadsız, ağzı göyçəyə ayrılıqda cavab verməyə halım və vaxtım yoxdur. Rədd olun, öz işinizlə məşğul olun. Geyimim Oksana Rəsulovanın qarderobundan idi. Özü bunu seçib və mən nə qədər narahat idim bir Allah bilir və yanımdakı insanlar bilir. Özüm də 39 qızdırma ilə efiri təhvil vermişəm. "Soyuqdur, həm də maykası açıqdır" dedim. Oksana "gənc hind xanımının geyimi budur", - dedi və gətirdi. Ona görə hər yerindən duran yiyəsiz, ağıllı-ağıllı danışmasın burda. Kimə xoşdu izləsin, kimə xoş deyil, xoş getdi. Orda hind xanımı da var idi. Onun da geyimi eyni belə idi. O gözünüzə girmədi, Vüsalənin daşı düşdü başınıza? Təbii ki, insan kimi, təmiz niyyətlə baxan insanları bura qatmıram və təşəkkür edirəm!!!".

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı müğənni xalası oğluna internetdə qız axtarır (FOTO)

Azərbaycanlı müğənni xalası oğluna internetdə qız axtarır (FOTO)

Tanınmış müğənni Xatirə İslam maraqlı addım atıb. BAKU.WS məlumat verir ki, müğənni şəxsi İnstaqram hesabında xalası oğlunun şəklini paylaşıb. Sənətçi, xalası...

4093 Şou-biznes 14:06 30 noyabr 2015

Son xəbərlər