Vəfat edən gənc müəllimədən qalan xatirələr - VİDEO
17
iyl
2019
10:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə Xan sarayının həyətində yerləşən tarixi Xan çinarının budağının qırılaraq düşməsi nəticəsində vəfat edən Xatirə Ağamalıyevanın sosial şəbəkədə yayılan görüntüləri hər kəsi kədərləndirir.BAKU.WS xəbər verir ki, 1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva Gəncə şəhər 26 saylı orta məktəbdə ingilis dili fənnini tədris edir və Şəmkirdə repetitor kimi fəaliyyət göstərirdi. Xatirədən xatirə qalan azyaşlı qızı bu il 5-ci sinifi bitirib.Yayılan görüntülərdə şagirdləri ilə səmimi davranışları ürək yandırır. Əslən Qərbi Azərbaycanın Şişqaya kəndindən olan Ağamalıyeva, 1988-ci ildə ailəsiylə Şəmkirin Çənlibel kəndinə köçüb. Uşaq ikən atasını itirən Xatirə Ağamalıyevanın anası ilə birgə Şəmkirin İpək yolu qəsəbəsində yaşadığı bildirilir. Yaxınlarının dediyinə görə, Xatirə Ağamalıyeva savadlı, mehriban, şagirdlərinin sevimlisi olub.Gəncədə ali təhsil aldıqdan sonra ailə həyatı quran Xatirə bir müddət sonra yoldaşından ayrılıb. Ağamalıyevanın bir qız övladı var.
Oxşar xəbərlər
Şəkidə bədbəxt hadisədə ölən qadın müəllimə imiş – FOTO
Təhsil Nazirliyi Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarətlər alaraq dünyasını dəyişən Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.BAKU.WS xəbər v...