Vasif Məhərrəmli: “Elə sənət dostlarım var ki, pintidirlər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Vasif Məhərrəmli yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Onun sirri” verilişinə qonaq olan sənətçi bir neçə il əvvəl qalmaqala səbəb olan “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” fikirlərinə aydınlıq gətirib:
“Niyə kişinin üzərindən mazut iyi gəlməlidir? Kişinin üstündən ətir iyi gələr. Deməmişəm ki, heç vaxt oturmaram. Demişəm ki, “mən onun yanında niyə oturmalıyam?” Tək mazut iyi yox, natəmiz adamın yanında, küçədəki “bomj”un, pis qoxu verən adamın yanında mən niyə oturmalıyam? Sual vermişəm ki, “niyə oturum, niyə o əziyyəti çəkim?”
Hətta mənim sənət dostlarım var ki, doğrudan da, yanlarından keçiləsi deyil, pintidirlər. Mənim məqsədim təmizkarlığın təbliğatını aparmaq olub”, - deyə əməkdar artist bildirib.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...