Valideynlərin diqqətinə: uşaqlarınızı bu cür oturmağa qoymayın (VİDEO)

Uşaqlar həmişə oturarkən və uzanarkən müxtəlif hərəkətlər etməyi sevirlər. Uşaqların oturuşuna diqqət etmək valideynlərin ən birinci vəzifəsindir. BAKU.WS-in məlumatına görə, uşaqların yanlış oturuş pozaları üçün tədbir görülməzsə, gələcəkdə bel, kürək və onurğa kimi bədənin önəmli hissələrində skolioz meydana gəlir.


Uşaq yeriyənə qədər bu cür oturanda problem olmaya bilər. Lakin gəzəndən sonra belə oturmasına mane olmaq lazımdır. Çünki uşaqlar "W” şəklində oturan zaman onların sümükləri əyilə bilər.


Uşaqları fərqli idman hərəkətləri etdirməklə belə oturmağı tərgitmək lazımdır. Uşaqların evdə qurulan tunellərin içində iməkləyərək keçməsi, yorğan içərisində başları bayırda olacaq şəkildə yuvarlanmaları kimi idman hərəkətləri faydalı ola bilər.
BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva kimsəsiz uşaqlarla birgə (FOTO)
Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlar üçün növbəti dəfə şənlik təşkil edib. BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, budəfəki şənliyə Bakı şəhərindək...
