Valideynlər, DİQQƏT: uşaqlarınızı bu oyunlardan qoruyun - VİDEO
05
iyl
2019
08:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müxtəlif növ silahları seçərək sonra ya tək, ya da komanda şəklində müharibə oyunları oynayırlar.İlk baxışdan bu oyunlar uşaqlar üçün adi əyləncə kimi görünsə də əslində onlarda silaha, zorakılığa şüuraltı meyl yaradır.Ekspertlər hesab edir ki,bu oyunları oynayan uşaqlar adətən öz dostlarına vəsinif yoldaşlarına qarşıaqressiv davranırlar.Psixoloq İbrahim İbrahimov bildirir ki, müharibə oyunları bir sıra səbəblərə görə uşaqların psixologiyası üçün zərərlidir.Adətən zorakılıq oyunları oynayan uşaqlarda özünə qapanma, sosial fobiya kimi davranışlar daha çox özünü biruzə verir. Bəs görəsən müharibə oyunlarını hansı oyunla əvəzləmək olar və bu oyunları neçə yaşından yuxarı uşaqların oynamasında problem yoxdur?Ekspert uşaqların oynadıqları oyunlara görə valideynlərin daha çox məsuliyyət daşıdığını bildirir..Elə paytaxt sakinləri də bu məsələdə həmfikirdilər.Onu da qeyd edək ki, uşaqların oynadıqları müharibə oyunları hazırda əksər internet klublarında oynanılır.
Oxşar xəbərlər
III Avropa Oyunlarının ev sahibi müəyyənləşib
2023-cü ildə keçiriləcək III Avropa Oyunlarının ev sahibi müəyyənləşib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, qitəmiqyaslı multiidman yarışı Polşanın Krakov ş...