"Uşağın cinsiyyətinin önəmi yoxdur" - Şəbnəm Tovuzlu üçüncü dəfə ana olacaq

Uşağın cinsiyyətinin önəmi yoxdur - Şəbnəm Tovuzlu üçüncü dəfə ana olacaq
Şou-biznes 815
Şəbnəm Tovuzlu "Hacı" kimi tanıtdırdığı həyat yoldaşını mediadan gizlətməsinin səbəbini açıqlayıb.BAKU.WS xəbər verir ki, müğənni lent.az-a müsahibəsində bu barədə danışıb: "Bu mənim şəxsi istəyimdir. Bu məsələ özümdə qalsın. Mənimdirsə, məndə qalsın. Paylaşmağı sevmirəm. Heç zaman onun şəklini də paylaşmayacağam. Qoy danışa-danışa qalsınlar.Həyat yoldaşımın heç bir qadağası yoxdur. Biz əvvəldən, 6 il öncədən öz aramızda bir söz verdik. O, dedi ki, reklamı sevmirəm. Mən də onun fikrinə hörmət edirəm".Bir qız, bir oğul anası olan ifaçı növbəti dəfə ana olmaq istəyini etiraf edib:"Çox istəyirəm. Bu istəyimə heç nə mane olmur. Yaxınlarda bu xəbəri də eşidə bilərsiniz. Sadəcə övladı verən Allahdır. Mən uşağı çox sevirəm. Özüm tək böyümüşəm deyə, uşaq üçün ölürəm. Allah bütün balaları qorusun, 2 övladım var, amma yenə uşaq istəyirəm. Bu barədə artıq düşünürük. Qismət Allahdan. Dünyaya gələcək olan uşağın cinsiyyətinin nə olmasının önəmi yoxdur. Çünki qızım da var, oğlum da. Bundan sonra nə olsa, qəbulumdu".Tovuzlu “Oğlumuza müğənni qız almarıq” deyən həmkarları ilə razı olmadığını deyib:"Şəxsən mən alaram. Bu gün heç kim deyə bilməz ki, Şəbnəm pisdir. Şəbnəm ailəsinə də, ata-anasına, çevrəsinə də gözəldir. Əxlaqıma heç kim heç nə deyə bilməz. İnsanın çətin, əzablı günləri ola bilər. Amma kimsə deyə bilməz ki, Şəbnəm nəsə pis hərəkət edib. Şəbnəmin həyatı bir dəfə uğurlu olmaya bilər. Amma belə bir söz var ki, əvvəlin gəlincə, axırın yaxşı gəlsin. Mənim 2-ci evliliyim uğurlu oldu. Elə insanlar var ki, həyatı 1-2 dəfə gətirməyib. Bu qismətdir".

Son xəbərlər