Şəbnəm Tovuzlu sükutu pozdu: Familin arvadı şokda olsun, mənə nə?
"Familin arvadı şokda olsun, mənə nə?"
Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifovanın uşaq dünyaya gətirdiyi iddia edilən Famil Xəlilovla adının hallanmasına bu sözlərlə reaksiya verib.BAKU.WS xeberchi.az-a istinadən xəbər verir ki, ifaçı xəbərdən şoka düşməsinin sadəcə gülməli olduğunu deyib:
"Kim harada, gizlin, ya da açıq-açkarda doğub, kimdən uşaq dünyaya gətirib, heç biri ilə maraqlanmıram. Vaxtım da yoxdur, Saratovda, Moskvada konsertlərim var, başım onlara qarışıb.
Şükür Allaha, həyat yoldaşım, övladlarım yanımdadır. Bəlkə kimlərsə nədənsə kimlərdənsə qorxur, elədiyini üzə çıxara bilmirsə, ondan mənə nə? Allah hamının övladını özünə bağışlasın. Mənim ərim oğlunu həvəslə öz qucağında hər yerdə gəzdirir. Əli Həci üçün dünyadır, əsli, köküdür, adı-sanıdır. Hamı bilir ki, mən ailəmə, sevdiyim şəxsə, övladlarıma düşkünəm. Məni yalnız mənim olanlar maraqlandırır, başqa heç nə”.
Xatırladaq ki, 18 oktyabr tarixində müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib. Əldə edilən məlumata görə, uşağın atası bir müddət öncə adı Şəbnəm Tovuzluyla hallanan Famil Xəlilovdur.
BAKU.WSOxşar xəbərlər
Şəbnəm Tovuzlunun eks sevgilisi Familin başqa müğənnidən uşağı oldu - VİDEO
Müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, 18 oktyabr tarixində paytaxt klinikalarından birində dünyaya gələn...