Ürəyindən yaralanmış qazimiz Elçinin anası danışdı: "Gözləyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
“Elçin əməliyyat olunmayıb”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında qazi Elçin Səmədovun anası Vüsalə Səmədova bildirib. O qeyd edib ki, Elçin hazırda xəstəxanadadır:
“Vəziyyəti normaldır. Hələ əməliyyat olunmayıb. Həkimlər əməliyyatla bağlı hələ heç nə demirlər. Biz də gözləyirik”.
Qeyd edək ki, Qəbələ rayon İcra Hakimiyyətindən bir neçə gün öncə bildirilmişdi ki, qazi Elçin Səmədov Bakıya müayinə olunmaq üçün gətirilib. Müayinələr uğurla yekunlaşarsa, onun əməliyyat olunacağı gözlənilir.
Xatırladaq ki, Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.
O, bir neçə gün öncə yaşadığı Qəbələ rayonundan Bakıya göndərilib və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Oxşar xəbərlər
“Boğazı qopub, üstümə düşmüşdü...” – Qadın zabitin DƏHŞƏT DOLU MÜHARİBƏ XATİRƏLƏRİ
I Qarabağ müharibəsi veteranı, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Aliyə Piriyeva müharibənin dəhşətli anlarından danışıb.BAKU.WS xəbər ver...