Üç uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə heyran etdi - FOTO
Aysel Teymurzadə doğum gününü qeyd edib.
BAKU.WS xəbər verir ki, 20 yaşında Azərbaycanı "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edən ifaçının 31 yaşı tamam olub.
Ailə həyatı qurduqdan sonra səhnədən uzaq düşən Aysel xanım sosial şəbəkədə də aktiv deyil. Son paylaşımını yarım il əvvəl edən Aysel doğum günündə üzə çıxıb. O, yeni fotosunu paylaşaraq həyatına görə Allaha və valideynlərinə təşəkkür edib.
Üç uşaq anası olan ifaçı gözəlliyi ilə izləyicilərini heyran edib. Ayselin son paylaşımlarına yalnız tərif və rəğbət dolu şərhlər yazılıb. Onu təbrik edənlər və gözəl sözlər yazanlar arasında məşhur simalar da yer alıb.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...