Türkiyənin tanınmış aktyoru Koray Ergün vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türk teatrının və ekran layihələrinin sevilən siması Koray Ergün 68 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, usta aktyorun vəfatı ailəsi tərəfindən sosial şəbəkədə paylaşılan açıqlama ilə ictimaiyyətə çatdırılıb. Paylaşımda "Atamızı itirməyin dərin kədərini yaşayırıq. Məkanı cənnət olsun" ifadələri yer alıb.
Qeyd edək ki, Koray Ergün ötən ilin fevral ayında sosial media hesabında səhhəti ilə bağlı açıqlama vermişdi. O bildirmişdi ki, sol əlində güc itkisi səbəbilə xəstəxanaya yerləşdirilib və aparılan müayinələr zamanı beynində 3 santimetr ölçüsündə törəmə aşkarlanıb.
Aktyor daha sonra mikrocerrahi əməliyyat keçirib və müalicə prosesinə görə Ankara Ekin Teatrında rol aldığı tamaşaya və qastrol səfərlərinə ara verdiyini açıqlamışdı.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...