Türkiyəli sənətçi qonşusu ilə əlbəyaxa oldu - ANBAAN VİDEO
Türk Xalq Musiqi sənətçisi Mustafa Küçük və ailəsi borc səbəbindən qonşuları ilə əlbəyaxa olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Çekmeköy ərazisində baş verib.
Məlumata görə, 4 milyon lirə borc məsələsinə görə baş verən dava polis idarəsində yekunlaşıb.
İddialara görə, Çiğdem Yücesoy yaşadığı binada qonşusu Mustafa Küçük ilə borc məsələsinə görə mübahisə edib.
Yaşayış binasının dayanacağında mübahisə zamanı Yücesoy Küçük və ailəsinin avtomobilinə təpiklə vurub.
Daha sonra Mustafa Küçük, oğlu Cihan Küçük, nəvəsi, gəlini və həyat yoldaşı avtomobildən düşərkən tərəflər arasında dava böyüyüb.
Hadisə zamanı tərəfləri ayırmağa çalışan bina mühafizəçisi yüngül xəsarət alıb.
Çiğdem Yücesoy və Mustafa Küçük ailə üzvləri ilə birlikdə polis bölməsinə gedərək bir-birlərindən şikayət edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...