Türkiyəli məşhurlar dəbdəbəli Bakı toyunda - VİDEO

Türkiyəli məşhurlar dəbdəbəli Bakı toyunda - VİDEO
Video
Şou-biznes 4361

Türkiyə şou-biznesinin məşhur simaları Bakıya toya gəlib.

BAKU.WS xəbər verir ki, Ebru Yaşar, Nihat Doğan və Doğuş zəngin ailənin övladlarının toyunda səhnəyə çıxıblar.

Dəbdəbəli toyda yerli ulduzlardan xalq artistləri Zülfiyyə Xanbabayeva və Röya Ayxan, eləcə də Zamiq Hüseynov və Namiq Qaraçuxurlu oxuyub.

Nihat Doğan sosial şəbəkədə toydan videogörüntü paylaşıb. Ebru Yaşar isə azərbaycanlı xanımlarla birgə çəkdirdiyi fotonu paylaşıb. O, fotoya "Bakının gözəl qadınları" şərhini verib.

Son xəbərlər