Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar: "Hələ də şokdayam" - FOTO

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar: Hələ də şokdayam - FOTO
Şou-biznes 318

Bu gün məşhur aktyor Cüneyt Arkın dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, 84 yaşlı sevilən aktyorun vəfatı türk sənət dünyasını yasa boğub. Bir çox tanınmış aktyorlar və sənət adamları sosial şəbəkə hesablarında mərhumla bağlı paylaşımlar ediblər.

BAKU.WS həmin paylaşımları təqdim edir:

Aktrisa Filiz Akın

"Sanki bu acı xəbəri eşidəcəyimi hiss etmişdim. Buna görə də sabah televizoru açmaq istəmədim. Hələ də xəbərin təsirindən şokdayam. Danışa bilmirəm. Telefonlara cavab verə bilmirəm. Çox üzülürəm".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Aktyor Emre Karayel

"Bütün filmlərini izləyən, uşaqlığı onun kinoları ilə keçən və "Battalqazi", "Kara Murat", Makoçoğlu" ilə böyümüş biri olaraq çox üzüldüm. Allah qəni-qəni rəhmət etsin, məkanı cənnət olsun, inşallah".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Prodüser Armağan Çağlayan

"Gülə-gülə, Kara Murat, gülə-gülə Malkoçoğlu, gülə-gülə dünyanı xilas edən adam. Yattığınız yer incitməsin".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Komediyaçı Ata Demirer

"Səni çox sevdik, nurlar içində yat, Cüneyt Arkın. Filmlərin kimi sən də hər zaman var olacaqsan!".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Aktyor və yazıçı İbrahim Büyükak

"Türk kinosunun gəlmiş keçmiş ən böyük aktyorlarından olan idealımız, "Battalqazi"miz, "Makoçoğlu"muz Cüneyt Arkını itirdik. Başımız sağolsun".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Teatr və kino aktyoru Ümit Erdim

"Məkanı cənnət olsun!".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Müğənni və model Gökhan Keser

"Çox önəmli dəyərlimizi, böyük ustamızı itirdik. Çox üzüldüm. Məkanı cənnət olsun. Adı heç vaxt yaddaşlardan silinməyəcək. Allah yaxınlarına səbir versin".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Aktyor Celil Nalçakan

"Cüneyt bəy məncə, kinomuzun özülü idi. Daima da elə qalacaq. Ailəsinin və hamımızın başı sağ olsun. Məkanı cənnət olsun".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Azərbaycanlı aktyorlardan isə Tural Əhməd Cüneyt Arkınla bağlı paylaşım edib. O, sosial şəbəkə hesabında mərhumun fotolarını paylaşaraq bunları əlavə edib:

"Mənə Türkiyəni, türk dilini, türk filmini tanıdan və sevdirən adam. Mənim üçün dünyanın ən yaraşıqlı kişisi olan adam. Səhəri sənin ölüm xəbərinlə açmaq çox üzücü oldu. Elə bilirdim sən həmişə olacaqsan. Sanki bir anlıq uşaqlığım getdi. O vaxtlar saçımı uzadıb Cüneyt Arkın kimi edirəm deyirdim. Sən bu dünyada ən sevdiyim adamlardan idin. Demək olar ki, bütün filmlərinə baxmışam. Yolun açıq, yuxun şirin olsun Türk dünya kinosunun əfsanəsi. Ölənə kimi Türkiyə, vətən dedin. Nur içində yat uşaqlığımın qəhrəmanı".

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar:

Xatırladaq ki, ötən gün Cüneyt Arkının qəfildən halı pisləşib. O, həyat yoldaşı Betül Cüreklibatırın köməyi ilə xəstəxanaya yerləşdirilib. Tibb işçilərinin uzun müddət davam edən müdaxiləsinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının məlumatına görə, aktyor ürəktutmasından vəfat edib.

Türk kino sənətində silinməz iz buraxan Cüneyt Arkın daha çox "Battalqazi", "Kara Murat" və "Makoçoğlu" kimi populyar obrazlarla qəlblərdə taxt qurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər