Türkiyəli aşpaz həm tənqid edildi, həm də rəğbətlə qarşılandı - VİDEO

Türkiyəli aşpaz həm tənqid edildi, həm də rəğbətlə qarşılandı - VİDEO
Video
Şou-biznes 1310

Türkiyəli məşhur aşpaz CZN Burak (Burak Demir) tənqidlərə tuş gəlib.

BAKU.WS xəbər verir ki, o, yanğın baş verən əraziyə gedərək mənzil üçün nəzərdə tutulan yanğınsöndürən balonla alovu söndürməyə çalışıb.

Ətrafdakılara məhəl qoymayan Burakın daha sonra halı pisləşib və təcili yardım maşınına aparılıb.

CZN Burakın sözügedən görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib. Onlar aşpazın yanğını söndürərkən şou göstərdiyini deyiblər.

Bu tənqidlərdən sonra Burak yanğın ərazilərinə böyük yük maşınları ilə yardım göndərib. Həmin görüntüləri şəxsi “Instagram” hesabında paylaşan Burakın bu addımı təqdirəlayiq hesab edilib və o istifadəçilərin rəğbətini yenidən qazanıb. Onu təhqir edənlər bu dəfə ünvanına xoş sözlər səsləndirərək təşəkkür ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər