Türkiyədə məşhurlara qarşı istintaq davam edir - Yusuf Güney saxlanıldı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatların istintaqı davam edir.
BAKU.WS xəbər verir ki, bu dəfə axtarışa verilərkən ünvanında tapılmayan müğənni Yusuf Güney polis tərəfindən saxlanılıb. O dindirilmək üçün ədliyyəyə gətirilb.
Sənətçi bu gün məhkəməyə çıxacaq. Bu saatlarda Güney sağlamlıqla bağlı yoxlanışa göndərilib. Onun ifadəsi və qan nümunəsi alındıqdan sonra sərbəst buraxılacağı bildirilib.
İki gün əvvəl isə İstanbul Baş Prokurorluğu tərəfindən məşhur adları hədəf alan narkotik əməliyyatı zamanı saxlanılan aktrisa Ezgi Eyüboğlu sərbəst buraxılıb.
Aktrisa sərbəst buraxılsa da, onunla birlikdə saxlanılan 7 nəfərin hələ ki, tibbi ekspertizası davam edir. Əməliyyat nəticəsində aktrisa Ezgi Eyüboğlu da daxil olmaqla 7 nəfər saxlanılıb. Saxlanılan şəxslər Eser Küçükerol və İsmail Ahmet Akçay - "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti"ndə, Saadet Ezgi Eyüboğlu - "Narkotik maddələrin istifadəsi üçün alınması"nda, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü - "Fahişəliyə təhrik etmək və asanlaşdırmaq"da ittiham edilirlər.
Qeyd edək ki, iki gün əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən "istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq" yaxud "narkotik və ya psixotrop maddə istifadə etmək" ittihamları ilə aparılan istintaq çərçivəsində 10 tanınmış şəxs barəsində saxlanılma qərarı çıxarılmışdı. Melisa Döngel, Yusuf Güney və Cihan Şenözlü isə ünvanlarında tapılmamışdı. Saxlanılan Aleyna Tilki, İrem Sak, Danla Biliç və Mümine Senna Yıldızdan saç nümunələri götürüldükdən sonra dünən axşam sərbəst buraxılıb. Daha sonra isə Ezgi Eyüboğlu da daxil olmaqla səkkiz nəfər saxlanılmışdı.
Həmçinin Türkiyədə tanınmış şəxslərdən olan və hazırda ölkə xaricində olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barələrində də saxlanılma qərarı verilib.
Oxşar xəbərlər
Mina sükutu pozdu: "Həmişə məni incidən, haqsız şərhlər, tənqidlər almışam"
Müğənni Mina Hüseyn iddialı açıqlamaları ilə diqqət çəkib. Sənətçi ilin sonunda bir sıra maraqlı mövzulara toxunub. BAKU.WS sözügedən açıqlamaları təqdim edir:...