Türkiyədə yaşayan Elnur məşhur şirkətlə müqavilə imzalayıb - VİDEO
05
dek
2018
19:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddədir Türkiyədə yaşayan azərbaycanlı müğənni Elnur Hüseynov Bakıda tədbirlərin birinə qatılıb.BAKU.WS-ə açıqlama verən müğənni yeniliklərindən danışıb:"Hazırda yeni kompozisiyalar üzərində çalışıram. İşlərim həddindən artıq çoxdur. Türkiyədə "Sony Music Entertainment" şirkəti ilə müqavilə imzalamışam. Bütün layihələrimi onlar hazırlayır". Bakıda az-az tapılan E. Hüseynov bunun səbəbini belə izah edib:"5 aydır İzmirdə yaşayıram. Bakıya yalnız valideynlərimi, dostlarımı görmək üçün gəlirəm və yenidən Türkiyəyə qayıdıram".Qeyd edək ki, müğənninin son təqdim etdiyi “Dreamer” klipində yarıçılpaq görüntülənməsi müzakirəyə səbəb olmuşdu. Mahnının sözləri Diana Hacıyevaya, musiqisi isə İsfar Sarabskiyə aiddir.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Ebru Gündeş konsertində Elnurdan danışdı – VİDEO
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Heydər Əliyev Sarayında baş tutan konserti ötən həftənin əsas tədbirlərdən biri oldu. BAKU.WS-in məlumatına görə, gec...