Türkiyədə ən çox sevilən Azərbaycan mahnıları (VİDEO)

Türkiyənin "Hürriyət” saytı Azərbaycan mahnıları ilə bağlı yazı dərc edib.
BAKU.WS məlumat verir ki, "Cem Yılmaz "Neyləyək” dedi, gözlər Azərbaycan mahnılarına çevrildi – Ən gözəl 10 mahnı” başlıqlı yazıda türklərin ən çox sevdiyi və dinlədiyi Azərbaycan mahnıları qeyd olunub. Yazını olduğu kimi təqdim edirik:
"Azərbaycan dili türk dilinə yaxın dil olduğu üçün, hər zaman bu dilə qarşı xüsusi bir sevgi duymuşuq. AZTV-nı açıb, verilişləri, filmləri izləməkdən zövq almışıq. "Ali baba və 7 cücələr” filmində Zafer Algözün canlandırdığı Kənan Mahmudov obrazında da bu sevginin haqsız yerə olmadığı ortaya çıxdı. Filmin ən gülməli anı Kənan Mahmudovun düşməni Boris Mançovla görüş səhnəsidir. İradə İbrahimovanın "Neyləyək” mahnısını oxuyaraq atışan səhnəsi Yeşilçamda ilk və təkdir. Bundan sonra Azərbaycan mahnıları bir daha gündəmə gəldi. Biz də araşdırma apardıq, ən çox dinlənilən Azərbaycan mahnılarını və ifaçılarını yığdıq.
Əvvəl Zafet Algöz və Cem Yılmazın birgə oynadığı o səhnəni bir də xatırlayaq:
Ayşən Ayxan BAKU.WS
Oxşar xəbərlər
İradə İbrahimova Cem Yılmazla duet oxudu (VİDEO)
Tanınmış müğənni İradə İbrahimova "Ali baba və 7 cücələr”in aktyorları ilə görüşüb. BAKU.WS məlumat verir ki, həmyerlimiz Cem Yılmaz, Ozan Güvən, Özkan Uğurla...
