"Tüpürəsən onun oxuduğu mahnıya. 5 milyon baxışı var, gəlsin otursun başımızda" - ETİRAZ

Tüpürəsən onun oxuduğu mahnıya. 5 milyon baxışı var, gəlsin otursun başımızda - ETİRAZ
Şou-biznes 2824
"Deyinirik, danışırıq, amma hərəkət etmirik. Nə vaxta kimi? Nə vaxta kimi sənətdən, musiqidən bir qram belə başı çıxmayanlar at oynadacaqlar? Biri filankəsin qohumudur, biri məşuqəsidir, o biri filankəsin adamıdır. Bəs adamı olmayanlar? Onlar nə etməlidirlər? Baxırsan televiziya proqramlarına, adamın ürəyi bulanır. Ancaq eyni sifətlər, şit zarafatlar və bayağı mahnılar. Nə qədər olar? Ay sizə qurban olum, heç olmasa özünüz özünüzə arada bir baxın, analiz edin. Deyirlər ki, filan müğənninin Yutubda 5 000 000 baxışı var. Tüpürəsən onun oxuduğu mahnıya. 5 million baxışı var, gəlsin otursun başımızda. Hər şeyin yeri var, böyük-kiçik var, özlərini ulduz sayırlar! Vallah ayıbdır, nə vaxta kimi bu hind mahnıları gündəmdə olacaq"?BAKU.WS xəbər verir ki, bu fikirlər Azərbaycan televiziya və radiosunun solisti Fuad Musayevə məxsusdur.Xalq artisti Alim Qasımovla dueti ilə tanınan müğənni efirlərdə səslənən bayağı musiqilərə etiraz səsini ucaldıb:"Ay şou proqramlar, STOP edin, mədəniyyətimizi məhv etməyin! Bunların yiyəsi var? Yiyəsi ölüb? O, hara baxır? Onun özünə o verlişlər, o mahnılar ləzzət edir? Ləzzət edirsə, özü üçün şəxsi bir kanal açsın, gecə-gündüz otursun baxsın səviyyəsizliklərə. Camaata zorla yedirtməsin. Deyirlər kütlə nə istəyir, onu edirlər? Kütlə çox şey istəyəcək, o demək deyil ki, onların arxasınca getməlisiniz. Kütlənin zövqünü siz formalaşdırmalısınız, tərbiyələndirməlisiniz, kütlə sizin arxanızca gəlməlidir!Yerindən dünən duran mahnı bəstələyir, şeir yazır, sonrada adını "bəstəkar" qoyur. Ayıbdır eee, heç olmasa, o ali təhsilli, məktəb oxumuş bəstəkarlardan utanın! Meyxanaçılar, xahiş edirəm, siz meyxananızı deyin, oxumayın. Nə vacibdir axı, sizin oxumağınız? Nədir eee bu hindi janrı salmısınız camaatın canına? Yox, oxumaq istəyirsinizsə, onda milli janrda oxuyun. Oturmuşam evdə, ha istəyirəm öz kanallarımıza baxam, alınmır, baxa bilmirəm.Camaatı elə bil qoyun yerinə qoyublar. Serialları, verlişləri, mahnıları çox aşağı səviyyədədir. Yaxşı ki, heç olmasa musiqi baxımından baxılası AZTV, Mədəniyyət TV, İTV kanalları var".F.Musayev sonda xalq artistlərindən səsinə səs vermələrini istəyib: "Dözülməzdir! Hörmətli xalq artistləri, aradabir səsinizi çıxarın!" Zülfiyyə QurbanovaBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər