"Anormal mahnılar oxuyurlar " Nigar ağ yuyub qara sərdi (VİDEO)

Anormal mahnılar oxuyurlar  Nigar ağ yuyub qara sərdi (VİDEO)
Video
Şou-biznes 4844
“Avroviziya 2011” müsabiqəsinin qalibi cazibədar müğənni Nigar Camal bayağı repertuarları ilə zövqləri körlayan ifaçılardan danışıb.BAKU.WS-in məlumatına görə, Nigar “ATV maqazin onlarla” verilişində bayağı mahnılarla efirləri zəbt edən yeni ifaçıları yıxıb sürüyüb :“Ən pisi odur ki, belə mahnılar məşhur olur, insanlar qulaq asır. Əvvəl belə anormal mahnılar kasetlərdə çıxırdı, məşhur olmazdı. İndi yeni gələnlərin stili, zövqü fərqlidir. Türkiyəyə yaxın olmaq istəyirlər, amma ən pis forması alınır. Əvvəl şou-biznesdə elə mahnılar var idi, adam qulaq asırdı. Şou-biznes öldü, başa düşmürəm nə baş verir. İnsan istəmir nəsə etsin. Ən son yaxşı işləri Aygün Kazımova etdi. Onun konserti möhtəşəm idi”.Nigarın etirazlarla dolu müsahibəsini sizə təqdim edirik :Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər