Tünzalə Ağayeva məşhur gitaraçı ilə "Yandım"a yeni nəfəs verdi
Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Yandım" mahnısına yeni nəfəs verib.
Musiqisi Ramiz Mirişliyə, sözləri isə Süleyman Rüstəmə aid olan əsər tam fərqli formatda təqdim olunub. Mahnının masterinqini Emin Kərim, aranjımanını isə Tural Məmmədli edib.
Əsərdə sənətçini məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu onların sayca üçüncü layihəsidir. Şou-biznesin əfsanəsi mahnı üçün klip də çəkdirib. Ekran həllinin rejissorluğu Röyal Səfərova aiddir.
Klipdə ulduzun geyimləri tanınmış dizayner Orxan Sultan imzası daşıyır.
Saç və makiyajı Günay Mustafa edib. Layihənin direktoru Yalçın Cabbarovdur.
Qeyd edək ki, "Yandım" layihəsi artıq bütün musiqi platformalarında, həmçinin də Xalq artistinin rəsmi yutub kanalında yayımlanır.
Qalereya
Oxşar xəbərlər
Həyat yoldaşından boşanan Bengü: "Belə rahatam, niyə bir kişinin penjamasını ütüləyim?"
Ötən il həyat yoldaşı Selim Selimoğlundan boşanan müğənni Bengü açıqlaması ilə marağa səbəb olub. BAKU.WS xəbər verir ki, hazırda subay olan sənətçi yeni həyat...