Təranənin həbsi Rəqsanəni dilə gətirdi: Sən nələr etdin, nələr... - FOTO

Təranənin həbsi Rəqsanəni dilə gətirdi:  Sən nələr etdin, nələr... - FOTO
Şou-biznes 5343
Prodüser Təranə Səmədovanın həbsi düşmənlərini dilə gətirib. Keçmiş həyat yoldaşı müğənni Kərim Abasovdan sonra, müğənni Rəqsanə İsmayılova da eks prodüserinin həbsinə münasibət bildirib. BAKU.WS xəbər verir ki, Rəqsanə qalmaqallı şəkildə əməkdaşlığa son qoyduğu Səmədovanın özünə və ailəsinə etdiyi pislikləri xatırlayıb:"Baxıram və sadəcə bunu demək istəyirəm ki, bir neçə il əvvələ nəzər salın... Bu gün onun yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə saxta profil, bacımın, anamın başına gətirilən oyunlar... Bəs, mən bu günə kimi necə dözdüm? Hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, amma nələr çəkdim bir Allah, bir mən bilirəm.Bu gün Təranəyə sevinmirəm, çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır. Heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Bu gün baxıram, bəzi jurnalistlərin ona ürəkləri ağrıyır, pis olurlar. Amma mənim başıma gələnləri yazıb, məni insanların gözündən salıb reytinq qazanırdınız. Amma əslində nələr olduğunu bilmirdiniz. Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin, nələr... Övladım məktəbə getməyə utanırdı. Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə 40 nəfər adam qoydunuz yalan yerə. Heç nə sübut olmadı, qanun isə xitam verdi. O qədər yazası sözüm var. Yenə də deyirəm, özünə görə yox, özü bu gün yaşadıqlarını vaxtında mənə və başqalarına çox yaşadıb. Amma Allah onu körpə balasına və anasına görə qapısını açsın. Uşağın, ananın heç bir günahı yoxdur. Bu günə qədər bir dəfə də olsun mən onun anasının və balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım var. Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin. Nələrə əl atdın, nələr etdin. Belə günə sevinən gərək insan olmasın. Elə ürəyə sahibəm ki, ailəsinə kömək olaram. Bilirəm ki, onların heç kimi yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan".BAKU.WS

Son xəbərlər