Trampla porno ulduz arasında qalmaqal - 130 min dollar ödədiyini təsdiqlədi

Trampla porno ulduz arasında qalmaqal - 130 min dollar ödədiyini təsdiqlədi
Şou-biznes 1879
ABŞ prezidenti Donald Trampın rəsmi olaraq porno ulduz Stormi Danielsə pul ödədiyini qəbul edib. BAKU.WS-in məlumatına görə, dəfələrlə porno ulduza 130 min dollar ödəniş edildiyini inkar edən ABŞ prezidenti sonda iddiaları qəbul edib. Trampın əvvəlki maliyyə hesabatında müəyyən detallar açılanmayıb. Tramp 2016-cı ildə porno ulduzun danışmaması üçün ödəniş etdiyi məlum olub. Bu ödənişin məhz porno ulduzun seçkiqabağı danışmaması üçün edildiyi bildirilir. Danielslə ABŞ prezidenti arasında məhkəmə çəkişmələri ölkədə gündəmi zəbt edib. Twitter-də bir mesaj paylaşan Tramp ilk dəfə ödəməyi qəbul etdi və öz cibindən 130 min dollar ödədiyini söyləyib. Prezidentin bunu öz vəkilinə ödədiyini və bunun vəkil üçün normal bir ödəniş olduğunu iddia edib.ABŞ mətbuatı indi pulun qaynağını araşdırır. Ölkədə seçki kampaniyasının fondlarından bu şəkildə istifadə federal qanuna zidddir. BAKU.WS

Oxşar xəbərlər

Xoşqədəm Instaqram hesabında porno ulduzun şəklini paylaşıb - FOTO

Xoşqədəm Instaqram hesabında porno ulduzun şəklini paylaşıb - FOTO

Xoşqədəm Hidayətqızı Instagram hesabının “History” bölməsində onu təhqir edən izləyicisini biabır etmək üçün fərqli üsuldan istifadə edib.BAKU.WS xəbər verir ki...

7162 Şou-biznes 16:02 11 aprel 2018

Son xəbərlər