"Toppuş bacı" üçün şirkətlərdən pul yığan xalq artistindən - AÇIQLAMA
02
okt
2018
14:29
Xalq artisti Arif Quliyevin "Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva üçün pul yığması haqda xəbərlər yayılıb. BAKU.WS məsələni araşdırmaq üçün xalq artisti ilə əlaqə saxlayıb. A. Quliyev bütün yazılanları həqiqətə uyğun olmadığını deyib:"Elə bir şey yoxdur. Bir dəfə həmin verilişdə iştirak etmişəm. Gördüm ki, müğənnilər və başqa sənət adamları Tünzaləyə dəstək olurlar. Heç bir şirkətdən gedib pul istəməmişəm".Qeyd edək ki, xalq artisti Arif Quliyevin bir neçə şirkətə gedərək rəhbər şəxslərlə görüşmək istədiyini və T.Əliyevanın müalicəsi üçün pul yığması haqda xəbərləri olke.az saytı yaymışdı. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Toppuş bacı"nın "Hummer" aldığı üzə çıxdı
ATV kanalında yayımlanan "Bizimləsən" verilişində onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicəsinə pul yığan əməkdar artist Tünzalə Əliyeva "(Toppuş bacı")...