Tom Kruzun filmi təxirə salındı - SƏBƏB

Tom Kruzun filmi təxirə salındı - SƏBƏB
Şou-biznes 3

"Marvel Studios" aktyorların tətilinə görə "Deadpool 3"ü təxirə saldıqdan sonra "Paramount Pictures" gələn ilin proqramında da dəyişikliklər etdi.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Hollywood Reporter"in məlumatında deyilir.

Şirkət baş rolunu Hollivud ulduzu Tom Kruzun canlandırdığı "Çətin tapşırıq 8" filminin yeni hissənin premyerasını daha bir il uzadıb.

Layihənin təqdimatı 2024-cü ilin 28 iyununda olacağı açıqlanmışdı. Lakin aktyorların tətili səbəbindən ekran işinin premyerasının 23 may 2025-ci ildə keçiriləcəyi bildirilib.

Məlumata görə, filmin adı dəyişdirilə bilər.

Son xəbərlər