Tolikin dəbdəbəli BAĞ EVİNİN GÖRÜNTÜLƏRİ - VİDEO
"Xəzər TV"də yayımlanan "Evdəkilərə salam" proqramının çəkiliş qrupu bu dəfə prodüser-aparıcı Tarix Əliyevin (Tolik) bağ evinə qonaq olub.
BAKU.WS xəbər verir ki, veriliş zamanı prodüserin dəbdəbəli bağ evinin görüntüləri nümayiş olunub. Tolik aparıcı Aytəkin Mərdanovaya Mərdəkanda yerləşən bağının 10 sot ərazidə yerləşdiyini bildirib.
Tolik əvvəl bağının 5 sotunu müğənnilər Sevil və Sevincə satdığını, daha sonra isə həyəti genişləndirmək məqsədilə yenidən aldığını deyib.
Prodüserin bağ evində böyük və işıqlı hovuz, fontan da var. Malikanənin həyətində müxtəlif dekorativ ağaclar əkilib.
Tolik evinin dizaynında açıq və qızılı tonlara üstünlük verib. Prodüser ötən il bağ evində cəmi bir gün qaldığını bildirib. O, işlərinin çoxluğu səbəbindən malikanəsinə çox nadir hallarda gəldiyini deyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...