Tolikdən Rüfət Axundovun efirdən qovulması xəbərlərinə AÇIQLAMA
16
apr
2019
17:39
“Rüfət Axundov verilişdən qovulmayıb". Bu sözləri BAKU.WS-ə açıqlamasında prodüser Tarix Əliyev (Tolik) Rüfət Axundovun “Hər şey daxil” verilişindən qovulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, yayılan məlumatların yalan olduğunu deyib:"Reklam vaxtını keçdiyi üçün mahnı yarıda kəsilib. Reklamlara keçid olanda mənim də sözümü yarımçıq kəsib reklam verirlər. Verilişin aparıcısı kimi deyirəm ki, rəsmi olaraq heç kim qovulmayıb. Bizə heç bir tapşırıq gəlməyib ki, filankəsi efirə çıxarın və sonra qovun. Space TV-də baş verən məlum mövzunu müzakirə etdiyimiz üçün Rüfət özü küsüb getdi”.Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev bildirib ki, Rüfət Axundovun efirə çağırılmasından xəbər tutulandan dərhal sonra tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
AzTV Rəşad İlyasovun verilişini bağladı, özünə isə 6 ay qadağa qoydu
Əməkdar artist Rəşad İlyasovun AzTV-də yayımlanan "Yaradanlar və yaşadanlar" adlı proqramının yayımı dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Hər şey d...