Tez-tez xaricə səyahət edən Sevda: "Hindistanda olmaq istəməzdim"

Müğənni Sevda Yahyayeva xaricə getdiyi ölkələrdən danışıb.
BAKU.WS xəbər verir ki, ifaçı "Həmin Zaur" proqramına qonaq olarkən Asiya ölkələrini daha çox bəyəndiyini bildirib. Sevda açıqlaması zamanı həmin qitədəki ölkələrdən sadəcə Hindistanı bəyənmədiyini deyib:
"Mən həmişə səyahət etməyi çox arzulamışam. Bütün dünyanı gəzmək istəyərdim. Hindistanda isə olmaq istəməzdim. Zakir mənə deyir ki "Sevda oranı görmək lazımdır. Hindistana getsən oranı çox sevəcəksən". O özü 4 dəfə Hindistanda olub. Mən ona dedim ki, Hindistanı ən axırıncı səyahət ölkəsi kimi saxlayaq".
Xatırladaq ki, ifaçı həkim Zakir Bayramovla ailəlidir. Cütlük 2021-ci ildə evlənib. Onların iki övladı var.
Oxşar xəbərlər
"Eşref Rüya" serialına yeni sima gəlir
Məşhur "Eşref Rüya" serialına yeni aktrisa qatılıb. BAKU.WS xəbər verir ki, ekran işinə daxil olan Büşra Cebe serialda "Seda" obrazını canlandıracaq. Ssenariyə...
