Tarkan 30 il əvvəl: "Cırıq şalvarım, dəri gödəkcəmlə salam dedim" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə gün əvvəl karyeramın 30 ili tamam olub. Xəbərim yox idi. Bunu sizin o gözəl paylaşımlarınızdan öyrəndim. Cırıq şalvarım, dəri gödəkcəmlə "Kıl" mahnısı ilə sizə salam dedim".
BAKU.WS xəbər verir ki, bu sözləri meqastar Tarkan deyib. Sənətçi 30 il əvvəlki fotosunu paylaşaraq bu günə qədər ona dəstək olan pərəstişkarlarına təşəkkür edib:
"İllər necə keçdi, bimirəm. Tək təmənnam bundan sonra da musiqi sevgisi ilə, gözəl mahnılarla, layihələrlə bu yola davam etməkdir. Bu güclü sevgini və bağlılığı ürəyimdə hiss etdirdiyiniz müddətcə bizi heç kim tuta bilməz. Ötən 30 ildəki sevginiz, qarşılıqsız dəstəyiniz və bağlılığınız üçün təşəkkür edirəm. Yaxşı ki varsınız! Sizi sevirəm!"
Oxşar xəbərlər
Tanınmışlar 20 yaşında - FOTO
Son zamanlar “20 yaş challenge”i sosial medianın populyar axınlarından birinə çevrilib. Bir çox yerli və xarici məşhurlar sosial şəbəkə hesablarında 20 yaşında...