Tarix Əliyev: “Xoşqədəmlə mənim dərdimi çəkirlər”

Son zamanlar sosial şəbəkələrdə aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" televiziyasından ayrıldığı və yeni mövsümdən başqa kanalda aparıcılıq edəcəyi haqqında məlumatlar yayılıb.
BAKU.WS xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, Xoşqədəmlə görüntülərini paylaşaraq yayılan xəbərləri təkzib edib:
“Kimlərsə öz dərdinə yanmaqdansa, Xoşqədəmlə mənim dərdimi çəkirlər. Ay yazıq bəndə, biz ikimiz də "Xəzər" televiziyasının ştatda olan işçiləriyik. Bizi axşam çağırıb sabah yola salmayıblar. Xoşqədəmin uğurlarını çoxu həzm edə bilmir. Amma fakt odur ki, Xoşqədəm qalibdir”, - deyə Tarix Əliyev bildirib.
Oxşar xəbərlər
Xoşqədəm-Nazilə qalmaqalı ilə bağlı QƏRAR verildi
Şairə Nazilə Səfərli (Cəfərova) ilə Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) arasında davam edən məhkəmə prosesi bitib. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Hi...
