Tarantino XXI əsrin 20 ən yaxşı filmini açıqladı - SİYAHI

Tarantino XXI əsrin 20 ən yaxşı filmini açıqladı - SİYAHI
Şou-biznes 19

Amerikalı rejissor Kventin Tarantino XXI əsrin ən yaxşı 20 filmini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, siyahıya yalnız beynində dərin iz buraxan filmləri daxil edib.

Tarantinoya görə son 25 ilin ən yaxşı filmi Ridli Skottun hərbi dramı "Qara Şahin" ("Black Hawk Down") olub. Rejissor bu ekran işini böyük məmnuniyyətlə yenidən izlədiyi kult əsər "Bu gün Apokalipsis"lə müqayisə edib.

İkinci yerdə emosional finalı ilə seçilən "Oyun­caqların Hekayəsi 3: Böyük Qaçış", ilk üçlüyü isə Sofiya Koppolanın "Tərcümədə itənlər" filmi tamamlayıb.

Rejissorun şəxsi siyahısına həmçinin Devid Finçerin "Zodiak", "Dəli Maks: Qəzəb Yolu", idman dramı "Hər şeyi dəyişən adam" və digər filmlər də daxildir.

Kventin Tarantinonun XXI əsrin ən yaxşı 20 filmi:

"Qara Şahin" (2001)

"Oyuncaqların Hekayəsi 3: Böyük Qaçış" (2010)

"Tərcümədə itənlər" (2003)

"Dünkirk" (2017)

"Neft" (2007)

"Zodiak" (2007)

"Nəzarətsiz" (2010)

"Dəli Maks: Qəzəb Yolu" (2015)

"Şon adlı zombi" (2004)

"Parisdə gecə yarısı" (2011)

"Kral döyüşü" (2000)

"Çox pis oğlanlar" (2013)

"Çudaklar" (2002)

"Rok məktəbi" (2003)

"Məsihin iztirabları" (2004)

"Şeytan tərəfindən qovulanlar" (2005)

"Şokolad" (2008)

"Hər şeyi dəyişən adam" (2011)

"Hərarət" (2002)

"Vestsaid hekayəsi" (2021)

Son xəbərlər