Tanınmış ginekoloq Səbinə Mirzəyeva kimsəsiz uşaqları sevindirdi - FOTOLAR
Xalqımıza xas gözəl bir deyim var - "Əl tutmaq Əlidən qalıb”.
Bu müqəmməl ifadəyə ali dərəcəli cərrah-mamaginekoloq Səbinə Mirzəyeva da əməl edib.
Gələcəyin insan övladının dünyaya sağlam gəlməsi üçün əlindən gələni əsirgəməyən S.Mirzəyeva, isti yay günlərində qəlblərin də isinməsini istədi. Ginekoloq yollandı "Ümid yeri” uşaq sığnacağına. Aldığı sovqatlarla, oyuncaqlarla kimsəsiz uşaqları sevindirən S.Mirzəyeva, sığnacağın balaca sakinləri ilə söhbətləşdi və xatirə şəkilləri çəkdirdi.
Əməkdaşımızla söhbəti zamanı insanlara mərhəmət hissini aşılayan həkim xanım, fikirlərini bu sözlərlə ifadə etdi:
"Mən kimsəsizlər evinə, xüsusi ilə uşaqların sığnacağına gələn zaman üzüldüyüm qədər də rahat oluram. Çünki bir anlıq belə olsa günahsız uşaqların üzünün gülməsinə səbəbkar olmaq xoşbəxtlikdir. Mən gün ərzində saysız-hesabsız fidanların dünyaya gəlməsinin şahidi oluram. İnsana həm də həyat vermək izaholunmaz bir hisdir. Burdan valideynlərə də səslənirəm. Dünyaya uşağı gətirməklə kifayyətlənməyin. Onun sağlam, gözəl gələcəyini təmin edin. Gücsüz körpələri taleyin ümidinə buraxmayın”.
Onu da xatırladaq ki, "Ümid yeri” uşaq sığnacağı 20 il öncə fəaliyyətə başlayıb. Burada küçə həyatına məruz qalmış, valideyn himayəsindən məhrum olmuş uşaqlar məskunlaşır. Sığnacaq hazırda çətin günlər yaşayır. Onun qapıları hər gün bu ünvana pənah gətirən uşaqların üzünə bağlana bilər. "Ümid yeri”-nin sakinləri son ümidlərini insanlara bağlayaraq, onlardan yardım gözləyirlər.
Belə ki, "Milli ön” terminallarına yaxınlaşaraq imkanınız çatdığı qədər "Ümid Yeri” adlı hesaba -1,10, 20, 50, 100 manat və s. məbləğində ianə verə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Ramil Səfərov ikinci dəfə ata oldu - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov ikinci dəfə ata olub. BAKU.WS, PrimeTime.Az-a istinadən xəbər verir ki, bu gün Ramil Səfərovun xanımı Şə...