Tanınmış tarixçi AzTV-də veriliş aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Televiziyasında yeni mövsümdə yayımlanacaq yeni layihələrdən biri “Əsrlər, nəsillər” verilişidir.
BAKU.WS xəbər verir ki, proqram tarixçi Fuad Axundovun təqdimatında efirə gedəcək.
“Əsrlər, nəsillər”də Azərbaycanın tarixi şəxsiyyətləri, tarixi əhəmiyyətli abidələr, qədim məkanlar barədə araşdırmalar aparılacaq, qatı açılmamış sirlərdən bəhs ediləcək.
Verilişdə tamaşaçılar Odlar diyarının qədim tarixinə səyahət edə, o dövrlərin ab-havasına köklənə biləcəklər.Fuad Axundov layihə ilə bağlı danışarkən qeyd edib ki, verilişdə tək Bakıdakı deyil, Azərbaycandakı tarixi məkanlar və abidələr barədə söz açılacaq.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...