Tanınmış reper Eyyub Yaqubovun repertuarına müraciət etdi
Qazaxıstanlı tanınmış reper Jah Khalib son layihəsində azərbaycanlı musiqi sevərlər üçün yad olmayan mahnıdan ilhamlanıb.
BAKU.WS xəbər verir ki, reper yeni mahnısının giriş hissəsində Eyyub Yaqubovun repertuarına müraciət edib.
Jah Khalib "Бакинка" adlanan yeni mahnısında Xalq artisti Eyyub Yaqubovun 1999-cu ildə təqdim etdiyi "Бакинка" mahnısından qısa hissə təqdim edib.
Layihə reperin "YouTube" kanalında yayımlanıb.
Qeyd edək ki, "Bakinka" mahnısı Eyyub Yaqubovun repertuarında ən çox sevilən və tanınan mahnılardan biridir.
Mahnının musiqisi Aleksandr Rodinə, sözləri isə Leonid Tabolskiyə məxsusdur.
Oxşar xəbərlər
Noutbuk oğurlayan məşhur aktyor saxlanıldı, daha sonra sərbəst buraxıldı
Türkiyənin tanınmış teatr və kino aktyoru Okan Karacan İstanbulun Şişli səmtində qatıldığı tədbirdə baş verən oğurluq hadisəsinə görə saxlanılıb. BAKU.WS xəbər...