Tanınmış aparıcı avtomobil qəzası keçirdi - 6 saat yolda qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı tanınmış aparıcı avtomobil qəzası keçirib.
BAKU.WS xəbər verir ki, NTV kanalında yayımlanan "Kvartirnıy vopros" verilişinin aparıcısı Viktoriya Panina Moskvada qəzaya düşüb.
O, hadisə barədə sosial şəbəkə hesabında məlumat verib.
Aparıcının sözlərinə görə, digər avtomobilin sürücüsü qırmızı işıqda hərəkət edərək onun maşınına çırpılıb.
"Maşınımın ön hissəsini tamamilə dağılıb", - deyə Panina bildirib.
"The Voice" nəşrinin yazdığına görə, aparıcı qəza nəticəsində yüngül xəsarətlər alıb və çox qorxub.
Hadisə səbəbindən o, "Kvartirnıy vopros" verilişinin çəkilişinə gecikib.
"Ümumilikdə 6 saat yol polisini gözlədim. Altı saat! Sənədləşmə isə əlavə 1 saat çəkdi. Nəticədə çəkilişə gəlib insanlara sevinc bəxş etməyə çalışdım", - deyə Viktoriya Panina əlavə edib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...