Tanınmış aktrisa 50 dayəni işdən çıxardığını etiraf edib
Tanınmış rusiyalı aktrisa Anna Xilkeviç təxminən 50 potensial dayəni işdən çıxardığını etiraf edib.
BAKU.WS xəbər verir ki, bu barədə "7days.ru" saytı məlumat yayıb.
"Evimə gələn və sonra gedən qəribə qadınlar barədə bütöv bir kitab yaza bilərəm", – deyə aktrisa bildirib.
Məlumata görə, Xilkeviç 3 qız övladı üçün dayə seçimində olduqca ciddi tələblər irəli sürür. O, pedaqoji təhsilli və zəngin iş təcrübəsinə malik bir qadın axtarır. Dayə ağıllı, səliqəli olmalı, uşaq yeməkləri bişirməyi bacarmalı və psixologiyaya maraq göstərməlidir.
Aktrisa həmçinin, etibarlı münasibət qura biləcəyi bir dayə tapmaq niyyətindədir. Buna qədər o, bildirmişdi ki, üç dayəni müxtəlif səbəblərlə işdən çıxarıb: onlardan biri uşağa qarşı kobud davranıb, digəri iş vaxtı yatıb, üçüncüsü isə uşaqlarla birlikdə yolu icazəsiz keçib.
Oxşar xəbərlər
Məşhur seriallarda oynayan aktyorların nə qədər pul qazandığı məlum oldu - MƏBLƏĞ
Türkiyənin televiziya seriallarında baş rollarda oynayan məşhur aktyorların nə qədər pul aldıqları məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məşhur...