Tahirə Məmmədqızı Şamil Famillidən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Tahirə Məmmədqızı bir neçə gün əvvəl vəfat edən tanınmış jurnalist Şamil Familli haqqında danışıb.
BAKU.WS xəbər verir ki, “Elgizlə izlə” verilişinə qonaq olan aparıcı, Şamilin heç vaxt evlənmədiyini, anasını isə 1 il əvvəl itirdiyini deyib:
“Varlığı, şəxsiyyəti, insanlığı ilə seçilən insan idi. 4 aya yaxın bir yerdə çalışdıq. Onun ölümünə inana bilmədim. Tək yaşayırdı, heç vaxt ailə qurmamışdı.
Bir il idi ki, anasını itirmişdi. 50-yə yaxın yaşı olardı. O qədər uşaq təbiətli insan idi ki... İnanmıram ki, həyatda elə bir insan olsun”.
Qeyd edək ki, Şamilin, mayın 31-də səhər saatlarında ürəyi tutub. Təcili yardım çağırsa da qapını aça bilməyib. Daha sonra onun vəfat etməsi ilə bağlı yaxınlarına xəbər verilib.
Ş.Familli “AzTV” və “Lider TV”- də fəaliyyət göstərib. O, sonuncu dəfə “ARB TV”-də yayımlanan “Bazar düzü” verilişinin aparıcısı olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...