Tahir İmanov prezidentlə görüşdən sonra baş verənlərdən danışdı: “Özümə gələ bilməmişəm” – VİDEO
04
mar
2019
15:30
“Mən indiyə qədər özümə gələ bilməmişəm. Sanki yuxudayam”.
BAKU.WS xəbər verir ki, bu barədə "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov İTV-nin efirində bildirib.Əməkdar artist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü barədə danışıb və öz hisslərini tamaşaçılarla bölüşüb.“Fürsətdən istifadə edib, bizə qadağa olan dövrdə dəstək olan jurnalistlərə təşəkkürümü bildirirəm ki, 4 il ərzində bizlə birgə olublar. Bizə dəstək olan qurumlara, iş adamlarına təşəkkür edirəm. Elə məmurlar olublar ki, bizə dəstək olublar.Müxtəlif illərdə tənqidlər olub. Bizdən əvvəlki yumoristlər də belə satiralardan istifadə ediblər. Bizim janrın insanları həmişə qadağalarla üzləşiblər. Əsas odur ki, ölkə başçısı bizə dəstək oldu. Bu dəstək sanki "Planet Parni iz Baku" KVN teatrına ikinci nəfəs verdi”, - deyə Tahir İmanov bildirib.Babası Süleyman Ələsgərovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələyə də toxunub:“Babamın adı, Süleyman Ələsgərov mövzusu çox vacib məsələdir. Babam bütün nəaliyyətlərini böyük əzab-əziyyətlə əldə edib”.BAKU.WSOxşar xəbərlər
Zeynəb Xanlarova: "Xahiş edirəm, xahişlərinizi saxlayın" - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.B...