Sürücü hansı hallarda yol polisini kameraya çəkib, videonu yaya bilər? VACİB MƏQAMLAR

Sürücü hansı hallarda yol polisini kameraya çəkib, videonu yaya bilər? VACİB MƏQAMLAR
Şou-biznes 5389
"Avtomobildə olan videoregistrator və mobil telefondan şantaj etmək məqsədilə istifadə edən sürücülər cəzalandırılacaq".Bu barədə nəqliyyat eksperti, "Avtostop” verilişinin aparıcısı Tural Yusifov BAKU.WS-ə yol polisinin sürücülərə etdiyi xəbərdarlığa aydınlıq gətirərkən açıqlayıb. Onun sözlərinə görə, qayda pozan sürücülər yol polisininin videosunu çəkməklə şantaj edirdilər ki, mənə protokol tətbiq etmə. Bu isə yolverilməzdir.
"Loru dillə desək, bu zaman bəzi sürücülər "həyasızlıq" edirlər. Mən ötən gün yayılan həmin videoya baxmışam. Orada yol polisilə mübahisə etməyin heç bir mənası yoxdur. Yol polisi protokol yazandan sonra sürücü ondan şikayət edə bilər. Əslində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində bu bənd var idi. Sadəcə yol polisləri bundan istifadə etmirdilər. Belə videolar yayılandan sonra yol polisində düşünüblər ki, necə olur ki, biz haqlı ola-ola tənqid olunuruq?", - deyə ekspert bildirib.Tural Yusifov deyir ki, bu məsələdə yol polisinin də günahı var:"Mən düşünürəm ki, burada yol polisinin də günahı var. Onlar qanun tələblərinə əməl olunması ilə bağlı təbliğat işlərini çox zəif aparırlar. Onlar sosial şəbəkələrdə zəif işləyirlər. Yol polisinin "Facebook" və "İnstagram" səhifələri işlək deyil. Vətəndaşlarla birbaşa işləyə bilmirlər. Şikayətçiyə "bu ünvana yaz, baxarıq", - deməklə işlərini bitmiş sayırlar. Nəticədə yol polisi insanların olduğu yerlərdə fəaliyyət göstərmir. Ona görə də, bu gün yol polisi hətta haqlı olduqda belə video görüntülər onlara qarşı istifadə edilir.Dünən həmin şəxs yol polisinə tabesizlik göstərib. Bu hal ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsin deyilir ki, qanunun tələblərinə qəsdən tabe olmamağa görə 200 manat cərimə olunur və inzibati həbs olunur. Burada yol polisi qanundan kənar heç nə demir".Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində sürücünün hansı anlarda həbs olunması göstərilir:Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.535.2. Hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Tural Yusifov deyir ki, yol polisi qayda pozuntusu zamanı avtomobili saxlayıb, sürücüdən sənəd tələb edə bilər."Əsər yol polisi sürücünü saxlayıb, ondan sənəd tələb edirsə, həmin anları çəkmək olar. Video çəkən sürücü əgər haqlıdırsa, bu zaman həmin görüntülərdən istifadə edərək, məhkəməyə müraciət edə bilər. Ümumiyyətlə mən, belə halların ictimailəşdirilməsinin tərəfdarıyam. Bu nə zaman edilməlidir? Əgər sən haqlı olduğun videonu yol polis idarəsinə təqdim edirsən, onlarsa görüntünü qəbul etmirlər. Bu zaman məcbur olursan ki, məsələni yayasan. Videonu yayıb, bildirə bilərsən ki, bu görüntüləri yol polisində qəbul etmədilər. Lakin polisə müraciə etmədən hadisəni yayanda bu əks effekt yarada bilir", - deyə T.Yusifov bildirib. Ekspert deyir ki, burada müəyyən məqamlara diqqət etmək lazımdır:"Əgər yol polisi sürücünü jalüzü vurduğuna görə cərimə edirsə, bu zaman haqsızdır. Yox əgər, sürücü işıqforun qırmızı işığından keçirsə, bu zaman onu saxlayan yol polisini videoya çəkib şantaj edirsə, onda günahkardır. Yəni sürücü yol polisinə tabe olmayıb, tələb edir ki, göstər görüm qırmızı işığı harda keçmişəm? Üstəlik sürücü səsinin gur yerinə salıb, həyasızlıq edir. Camaat da yığılır yola və başlayırlar ki, yol polisi insanları incidir".Bəs bu məsələ aktuallaşandan sonra nələr dəyişəcək?T.Yusifov deyir ki, bu məsələdən sonra sürücülərlə yol polisləri arasında yaranmış münaqişəli məsələlər azalacaq:"Bundan sonra yol polisini şantaj etmə halları azalacaq. Lakin yol polisi ilk növbədə öz fəaliyyətinin qanuni tərəfilə bağlı sosial mediada təbliğatını yenidən gözdən keçirtməlidir. Bu fəaliyyət hansısa sayt vasitəsilə press-reliz halında olmalı deyil".Ziya SƏCCADBAKU.WS

Son xəbərlər