Süni ürəklə yaşayan ilk azərbaycanlı 4 il sonra (VİDEO)

Süni ürəklə yaşayan ilk azərbaycanlı 4 il sonra (VİDEO)
Video
Şou-biznes 3488

 

Azərbaycanda ilk dəfə süni ürək köçürülən azərbaycanlının fotosu yayılıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın ilk süni ürəklə yaşayan vətəndaşı olan İbrahim Mənsurov 4 ildən sonra onu əməliyyat edən həkim Kamran Musayevlə görüşüb.

Ürək-damar cərrahı, tibb elmləri doktoru, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib ki, xəstəyə ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı icra edilib: "Həmin vaxtdan 4 ildən artıq zaman keçir. Növbəti yoxlamada da hər şey qaydasındadır".

Xatırladaq ki, 4 il əvvəl ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan "HeartMate 2” süni ürək cihazı implantasiya edilmişdi. Bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılmışdı. Yataq xəstəsi olan və ağır dozada dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. Dilatasiob kardiomiopatiya xəstəliyindən uzun müddət əziyyət çəkən xəstə ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilmiş və ona uzunmüddətli süni ürək cihazı köçürülməsi məsləhət görülmüşdü.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər