İstirahət gününün hava proqnozu açıqlandı
19
may
2018
12:25
Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. BAKU.WS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yarımadada havanın temperaturu gecə 15-18, gündüz 26-30 isti, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində mülayim cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən hava XƏBƏRDARLIĞI - Şimşək çaxacaq, yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tr...