Sözlərini Namiqin yazdığı Aygün Kazımovanın “Oduma alışmırsan”ını oxudu - VİDEO

Sözlərini Namiqin yazdığı Aygün Kazımovanın “Oduma alışmırsan”ını oxudu - VİDEO
Video
Şou-biznes 555

Müğənni Aysel Əlizadə yeni klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, sənətçi Xalq artisti Aygün Kazımovanın “Oduma alışmırsan” mahnısına yeni nəfəs verib.

İfaçı kompozisiyanı yeni aranjimanda ifa edərək ekranlaşdırıb.

“Oduma alışmırsan”ın sözləri Namiq Qaraçuxurluya, musiqisi isə Aygün Kazımovaya aiddir.

3 fərqli obrazda kamera qarşısına keçən Aysel Əlizadənin klipini rejissor Rəşad Həsənov ekranlaşdırıb.

Klip Əlizadənin şəxsi instaqram hesabına yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər