"Soyuq müharibə" davam edir: "Bəziləri özləri özlərinə gül alır" (VİDEO)

Soyuq müharibə davam edir: Bəziləri özləri özlərinə gül alır (VİDEO)
Video
Şou-biznes 1084
Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan arasında "soyuq müharibə" davam edir. BAKU.WS-in məlumatına görə, bu dəfə də ATV-də yayımlanan "Azərbaycanın səsi" layihəsində münsif qismində əyləşən hər iki sənətçi, açıq şəkildə olmasa da, söz savaşına çıxıblar. E. Seyidcahan ona hədiyyə olunan gülləri münsif həmkarı, bəstəkar Asif Kərimova verə bilməcəyəni belə izah edib: "Mən bu çiçəkləri Asifə verərdim ki, o, həyat yoldaşına aparsın. Amma bu hədiyyəni mənə Bayram verib. Sənə söz verirəm ki, Bu gülü mən özüm özümə almamışam. Bəzən özü-özlərinə alanlar... Bu, mənə hədiyyə olunub. Bu gül mənə əzizdir". Seyidcahanın sözlərindən sonra Dostəliyeva bunları deyib: "Mən bu gün gəldim, eşitdim ki, bax bu çiçəkləri mənə Səhər göndərib. Səhər, minnətdarlığımı bildirirəm. Sən özün də bu çiçək kimi gözəlsən. Əgər kimlərsə hesab edirlərsə, nəsə, nəsə, nəsə... Mən ucuzluğa getmək istəmirəm. O, onların səviyyələridir". BAKU.WS

Son xəbərlər