ATV-də QALMAQAL – Elza Seyidcahan Nazpəri Dostəliyevanı biabır etdi – VİDEO

ATV-də QALMAQAL – Elza Seyidcahan Nazpəri Dostəliyevanı biabır etdi – VİDEO
Video
Şou-biznes 10352

Ötən gün ATV-də yayımlanan "Azərbaycanın səsi" musiqi yarışmasında qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, verilişdə münsiflər heyətində olan əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasında dava düşüb.

Əvvəlcə yarışmada ifa edən iştirakçılara fikir bildirən münsiflər arasında yaranan fikir ayrılığı sonradan mübahisəyə çevrilib.

"Kimin nə olduğunu hamı bilir. Bura özümüzdən danışmağa gəlməmişik, xahiş edirəm, tamaşaçıya hörmətlə yanaşaq”, - deyə N. Dostəliyeva bildirib

Xalq artistinin fikirlərinə sərt reaksiya göstərən E.Seyidcahan onun ünvanına xoşagəlməz fikirlər səsləndirib:

"Mənim birinci tələbəm məhz sizsiniz, Nazpəri xanım. Hətta sizə iki mahnı da vermişəm, amma siz mənə pul verməmisiz. Yanımda bahalı hədiyyələr almısız, lakin mənə oxuduğunuz mahnının müqabilində bir qəpik də verməmisiz".

Nazpəri isə Elzanın sözlərinə kinayəli şəkildə gülüb və “burada bazar söhbətləri gedir”, - deyərək efiri tərk edib.

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər