Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi: “Onların ağzına sümük ver...”

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi: “Onların ağzına sümük ver...”
Şou-biznes 5263

Azərbaycanın görkəmli kino xadimi, xalq artisti, dramaturq Ramiz Fətəliyev sosial şəbəkə vasitəsilə Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşviliyə müraciət edib. 

BAKU.WS-in məlumatına əsasən, ona Azərbaycana gəlməkdən, Bakıda konsert vermək fikrindən daşınmağı məsləhət görüb. O, S.Pavliaşvilinin Azərbaycan-Ermənistan konflikti başlayandan sonra işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedən ilk müğənnilərdən olduğunu qeyd edib.

52 yaşlı Soso Pavliaşvili isə "Life”a açıqlamasında indiyə qədər verdiyi konsertlərinin heç birinin siyasi xarakter daşımadığını deyib. Əlavə edib ki, erməni xalqı ilə də dostluq münasibətini heç bir konflikt poza bilməz:

"Siz mənə görə narahat olmayın. Bu, bekar adamların işidir, ağızlarına gələni danışırlar. Onların ağzına sümük ver, gəmirsinlər. Hər şey 80-ci ilin sonlarında başladı. Bəzi alçaqlar – belələri hər millətin nümayəndəsi arasında olur – silahlanaraq qadın və uşaqların həyatına qəsd edib. Həmin dramaturqa gəlincə, Bakıya gəlib, ya da gəlməməyimə görə ondan icazə almayacağam. O, kimdir ki? O, indi sayəmdə məşhurlaşmaqdadır. Buna görə onu təbrik edirəm. Heç olmasa buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Bakıdakı konsertimə gələ bilər, onu məmnuniyyətlə dəvət edirəm. Çünki sülh adamıyam. Mən insanlarla onların milliyyətinə və inancına görə deyil, əməllərindn dolayı dostluq etmişəm və edəcəyəm də. Allah mənə bu istedadı verib və deməyib ki, filankəslər üçün oxu, digərləri üçün isə yox. Həmin boşboğazlara gəlincə, əgər Qarabağı almaq istəyirlərsə, diversiya qrupu yaradıb, torpaqlarını geri alsınlar. Bunun əvəzinə divanda oturub, düşünürlər ki, Soso Bakıya gələcək ya yox. Şükür Allaha ki, Qarabağın geri qaytarılması mənim Bakıda konsert verib-verməməyimdən asılı deyil. Mən Qarabağı kimdənsə almamışam ki, geri də qaytarım. Məni harada gözləyirlər, ora yollanıb, konsert də verəcəyəm! Mənə daim Bakıdan zəng edib deyirlər ki, Soso, biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir! 

Hər bir insanın öz fikrini söyləmək hüququ var. O, danışmaq istəyirsə, buyursun (Ramiz Fətəliyevi nəzərdə tutur-red). Mən heç bir müharibəni alovlandırmamışam, yaranmasına rəvac verməmişəm. Əksinə, bunun qarşını almağa çalışıram. Mən ermənilərlə dostluq edirəm, bu münasibətlərə davam edəcəyəm də. Bunun üçün heç kimdən icazə almağı düşünümürəm. Hətta mən artıq kiminlə dostluq edib-etməyəcəyimi valideynlərimdən də soruşmuram. Tezliklə Bakıda böyük xeyriyyə konsertimiz olacaq. Hər bir kəsi həmin konsertə dəvət edirəm. Gəlməyənlərə isə uzun ömür, firavanlıq arzu edirəm”.

Xatırladaq ki, Soso Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm nazirinin sərəncamı ilə S.Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Bugünlərdə isə Azərbaycanın Xarici İşlər Nazirliyinin saytı (XİN) Soso Pavliaşvilinin (həmçinin rusiyalı müğənni Timur Temirovun-red) müraciət məktubunu dərc etdi. Məktubda hər iki müğənni Azərbaycana giriş qadağasının ləğv olunmasını xahiş edirdilər.

Növbəti gün isə Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirdi. İfaçı açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini dedi.

Bundan sonra isə S.Pavliaşvilinin Bakıda konsertinin təşkil olunması Azərbaycanda ictimaiyyət – sənət və sadə adamlar arasında heç də yaxşı qarşılanmadıb. Hər kəs onun Bakıda konsert verməsinə qarşı çıxdı. 

Qeyd edək ki, Soso Pavliaşvili qondarma "erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək "soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Aysel.Ş

BAKU.WS

Son xəbərlər