"Sənəti yoxdur, amma sponsorları çoxdur" - Cabbar Musayev özündən çıxdı - VİDEO

06
avq
2018
12:50
Bəstəkar, müğənni Cabbar Musayev "ATV maqazin onlarla" verilişinə müsahibə verib. BAKU.WS xəbər verir ki, sənətkar danışdıqları ilə yeri yerindən oynadıb: "Xəbər çıxır ki, filan müğənni... Heç olmasa yaz ki, filan oxuyan. Görün, biz hansı səviyyəyə gəlib çıxmışıq. Oxuya bilməyənlərin bəxti onda gətirir ki, çox insanların musiqi duyumu yoxdur. Heç indiyədək eşitmisiniz ki, hansısa oxuya bilən bir müğənninin sponsoru olsun. 10 dənə sponsoru hazırdır. Fikirləşir ki, klipi hansına çəkdirim. Sənət yoxdur, amma sponsorları çoxdur. Artıq dözə bilmirəm, dilə gəlirəm".Qeyd edək ki, müğənni sözügedən ifadələri səsləndirdiyi zaman süjetdə Şəbnəm Tovuzlu, Üzeyir Mehdizadə, Damla və Talıb Talenin şəkilləri göstərilib. C. Musayevin sözləri onlardan məhz hansına aid olması bəlli deyil. Sözügedən görüntüləri verilişin 16:45-19:40-cı dəqiqələrində izləyə bilərsiniz. BAKU.WS
Oxşar xəbərlər
“Göbələk kimi gündə 100 müğənni çıxır” – İzzət Bağırovdan sərt açıqlama – VİDEO
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni İzzət Bağırov olub.Sənətçi yeni çıxan müğənniləri göbələyə bənzədib:“Məni ən çox qıcıqlandıran oxuya b...
