"Səndən dəyərli heç nəyim yoxdur" - Zaurdan 5 yaşı tamam olan qızına təsirli təbrik - FOTO
03
avq
2018
16:21
Bu gün Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin doğum günüdür.BAKU.WS xəbər verir ki, məşhur cütlüyün qızının 5 yaşı tamam olub. Aparıcı Zaur Baxşəliyev şəxsi "Instagram" hesabında qızı ilə fotosunu paylaşaraq, bunları yazıb:“Mənim əziz və şıltaq qızım! Gəldik, çıxdıq beşinci pilləyə! Səni çox sevirəm, bunu heç zaman unutma. Həyatda mənli və mənsiz günlərin çox olacaq! Çalış həmişə hər kəsi sev. Sevgidən güclü heç bir duyğu yoxdur. İnsan sevdiyi zaman xoşbəxt olur, azad olur, ruhu hər zaman uçur. Atanı, ananı, ailəni, doğmalarını, Vətənini, torpağını, ən əsası da xalqını sev! Atanı ucaldan dayandığı bu nöqtəyə gətirən insanlardır, atan da onların arasından çıxıb və onların sevgisi, gücü və dəstəyi nəticəsində durduğu yerdədir. Əlində beş manatın olsa, onun yarısını ehtiyacın olan biri ilə paylaş. Allah onun on qatını sənə yetirəcək. Çalış mərhəmətli və sevgi dolu ol! Həyatında nə olsa, mən yanındayam, harada olsan, bir çətinliyin olsa belə bir nəfəs qədər sənin yanındayam. Yetər ki, o nəfəsi al! Mənim səndən dəyərli heç nəyim yoxdur, bu həyatda ən böyük qazancım sənsən! Vaxt atlı olub, biz piyada! Tez ye, tez böyü, tez məktəbə get, tez universitetə gir, tez ailə qur, elə hey tələsirik! Səni yedirtmək üçün bəzən nə qədər əsəb keçiririk, səni geyindirmək, yuxudan oyatmaq, günlük şıltaqlıqlarına əsəbləşmək, dözmək – bunlar çox əziyyətlidir, amma elə ki, gecə yerinə girib sakit, heç nə olmamış kimi yatırsan, bax onda bütün əziyyətlər bir anda yox olur, bax o gecənin zövqünü heç nə əvəz edə bilməz! Xoşbəxt ol qızım, büdrəyəcəksən, amma yıxılma, əyiləcəksən, amma sınma, əziləcəksən, amma parçalanma, böyüyəcəksən, amma kiçilmə! Səni sevən ilk kişi – Atan!”BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva qardaşını Instagram-da belə təbrik etdi (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşını ad günü münasibəti ilə təbrik edib. BAKU.WS-in məlumatına görə, şəxsi Instagram hesabında paylaş...