Səmra danışdı:"Bizdən asılı olan nə var idisə öhdəsindən gəldik" (VİDEO)
"Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli ilk müsahibəsini verib.
BAKU.WS məlumat verir ki, ASAN radioda canlı yayımda müsahibə verən iştirakçımız müsabiqə ilə bağlı öz təəssüratlarını bölüşüb:
"Biz aylardır məşq edirdik, bu bir günün işi deyildi, çıxdıq səhnədə oxuduq vəssalam. Çətinliklər oldu, mən xəstə oldum. Çünki isti havadan soyuq havaya düşdüm, bu da öz təsirini göstərdi. Amma yarımfinal və finalda hər şey yaxşı oldu. "Eurovision" səhnəsində ölkəmi təmsil etməyim mənim üçün çox qürurvericidir. Bunun necə bir hissi olduğunu sözlərlə ifadə edə bilmirəm".
Müsabiqədə aşağı nəticə göstərməsinə münasibət bildirərkən, ifaçı bildirib ki, bu artıq "Eurovision"nun səsvermə siyasəti ilə əlaqədardır:
"Bizdən asılı olan nə var idisə hamısının öhdəsindən layiqincə gəlməyə çalışdıq və bu bizdə alındı. Çox güclü, profesional komandamız vardı. Gecə-gündüz məşq edirdik, çalışırdıq. Səhnəyə çıxanda da maksimum dərəcədə yüksək səviyyədə çıxış etməyə çalışdım. Artıq səsvermə necə oldu, jüri nə qədər səs verdi, tamaşaçılar nə qədər səs verdi, bu bir az müəmmalı məsələdi. Sadəcə sevinmək lazımdır. Çünki, Azərbaycan finala düşən iştirakçıların sayına görə, rekord həddə çatıb. Amma elə ölkələr var ki, heç finala düşə bilmirlər. Bu böyük naliyyətdir".
BAKU.WS
Oxşar xəbərlər
Səmra Rəhimli: "Geyimimdə heç bir qüsur görmürəm” (VİDEO)
"Eurovision-2016" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Vətənə qayıdıb. APA-nın məlumatına görə, onu Heydər Əliyev adına Hava Limanında pər...