Şəhid Teymur Abbasovun övladları efirə gəldi hər kəs göz yaşlarına boğuldu - VİDEO

Şəhid Teymur Abbasovun övladları efirə gəldi hər kəs göz yaşlarına boğuldu - VİDEO
Video
Şou-biznes 1525

Şəhid Teymur Abbasovun övladları Feruz və Siruz Abbasovlar Xəzər TV-DƏ yayımlanan “Vaxtı gəldi” proqramında qonaq olublar.

BAKU.WS xəbər verir ki, şəhidin əmanətləri atası ilə bağlı xatirələrini proqramda bölüşüblər. Feruz atasının qəhrəmanlığından söz açıb:

“Bütün əsgərlərimizi təbrik edirəm. Qələbəni qeyd etdik. Amma mən qələbəni qeyd edə bilmədim. Atam şəhid oldu. Atam həmişə deyirdi ki, inşallah, müharibə başlayar.

Sonuncu dəfə atamla ayın 11-də danışdıq. Dedi, mən bir neçə gün zəng edə bilməyəcəm, narahat olmayın. Atam yaralılara kömək edərkən dörd güllə dəymişdi. O, dostu ilə orada döyüşürdü.

Ona demişdi ki, əgər mən şəhid olsam, ya da sən şəhid olsan, bir-birimizin silahlarını götürərik. Hadrutda şəhid oldu. Tək şəhid övladı biz deyilik ki... Mən çox istərdim ki, atamın şəhid olduğu yeri gedim görüm”.

Daha sonra şəhid general Polad Həşimovun anası şəhid Teymur Abbasovun övladlarını qucaqlayaraq göz yaşlarına hakim ola bilməyib. O, göz yaşları içərisində öz arzularını belə dilə gətirib:

“Oxuyub təhsilləri olsun. Analarına dayaq olsunlar. Atalarına layiq övlad olsunlar. Onları bağrıma basmaq istəyirəm. Başlarını sığallamaq istəyirəm. Ağıllı balalarım, mənim gözəl balalarım, nənə sizə qurban! Poladımın da iki balası var. Oğlu beşinci sinifdə oxuyur, qızı səkkizinci sinifdə oxuyur. Poladımın arzusu idi, qızı həkim olsun. Amma arzusuna çata bilmədi”.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər