Şəhid qardaşı oğlundan danışan Xalq artisti göz yaşlarına boğuldu - VİDEO

Xalq artisti Mənsum İbrahimov şəhid qardaşı oğlu İsrafil İbrahimovdan danışıb.
BAKU.WS-in məlumatına görə, “1 dəqiqə” proqramına qatılan sənətçi bildirib ki, qardaşı oğlu müharibəyə yollanarkən ya şəhid, ya da qazi kimi qayıdacağını deyib. İsrafillə ölümündən bir gün əvvəl danışdığını söyləyən Xalq artisti efirdə göz yaşlarını saxlaya bilməyib:
“Şəhid olmazdan bir gün əvvəl hər birimizə zəng etdi. Bəlkə, ürəyinə dammışdı ki, şəhid olacaq. Bilmirəm. Mənə də zəng etdi. Gördüm, kefi çox yaxşıdır. Dedim, "özünü qoru, artıq müharibənin bitməyinə az qalıb". Güldü, dedi ki "Əmi, biz vətəni qoruyuruq, özümüzü qorumuruq”.
Qeyd edək ki, Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu İsrafil İbrahimov II Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub. 4 rayonun işğaldan azad edilməsində bilavasitə iştirak edən İsrafil Ağdamda dəfn edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...